Patrik Vieyra İtaliya klubuna keçib

Patrik Vieyra İtaliya klubuna keçib
20.11.2024 15:31
Aa
dəq

Fransalı mütəxəssis Patrik Vieyra İtaliyanın "Cenoa" klubunun baş məşqçisi təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 2026-cı ilin ortalarına qədər davam edəcək müqavilə imzalayıblar.

Vieyra işdən qovulan Alberto Qilardinonun yerini tutub.

Patrikin son iş yeri Fransanın “Strasburq” klubu olub.

“Genoa” İtaliya çempionatında mövsümün ilk yarısını uğursuz keçirir. 12 turdan sonra komanda 10 xal toplayıb və turnir cədvəlində 17-ci yerdədir.

Həftənin ən çox oxunanları