Əsas məzmuna keç

Patrik Şik “Bayer Leverkuzen”lə müqaviləsini 2030-cu ilə qədər uzadıb

Patrik Şik “Bayer Leverkuzen”lə müqaviləsini 2030-cu ilə qədər uzadıb

“ ” klubunun əsas forvardı Şik müqaviləsini 2030-cu ilin iyun ayının sonuna qədər uzadıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni razılaşma ilə Şik "əczaçılar"la uzunmüddətli əməkdaşlığı davam etdirəcək.

Müqavilə imzalandıqdan sonra Şik bildirib:

“Bayerin gələcək planlarını bəyənirəm. Biz Avropanın ən yaxşı komandalarından biri olmaq üçün çox çalışırıq. Almaniyada və onun hüdudlarından kənarda uğur qazana biləcəyimizə qəti inanıram.”

Ötən mövsüm Patrik Şik “Bayer”in heyətində bütün turnirlərdə 45 matçda iştirak edib, 27 qol vurub və 1 ötürmə həyata keçirib. Karyerası ərzində isə o, klubun formasını 168 oyunda geyinərək 81 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…