Əsas məzmuna keç

Paşinyanın həyat yoldaşı universitetləri kampaniyaya cəlb edib

Paşinyanın həyat yoldaşı universitetləri kampaniyaya cəlb edib

“Hraparak” qəzeti Anna Akopyanın ailədaxili zorakılığa qarşı təşəbbüsləri çərçivəsində bir sıra ali təhsil müəssisələrində imza toplandığını yazıb.

en ru

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ölkədə ailədaxili zorakılığa qarşı başlatdığı ictimai kampaniyaya ali təhsil müəssisələrini də cəlb edib. “Hraparak” qəzetinin yaydığı məlumata görə, Ermənistanın aparıcı universitetlərində A.Akopyanın təşəbbüsü ilə hazırlanan qanunvericilik dəyişikliklərinə dəstək məqsədilə kütləvi imzatoplama kampaniyası təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nəşrin materialında ali məktəblərin korpuslarında vətəndaşlardan ailədaxili zorakılığa qarşı sərt qanunvericilik tədbirlərinin tətbiqini zəruri hesab edib-etmədikləri soruşulan iri həcmli təbliğat bannerlərinin yerləşdirildiyi bildirilir.

Məlumata görə, Yerevan Dövlət İqtisad Universitetinin rəhbərliyi tələbə və müəllim heyətinə imzatoplama aksiysına qoşulmaq barədə rəsmi müraciət edib. Analoji kampaniyanın Ermənistandakı Amerika Universitetində də aparıldığı qeyd olunur.

Anna Akopyan ailədaxili zorakılığa qarşı təbliğat kampaniyasına ötən ilin iyul ayından – məişət zorakılığına məruz qalmış qadının hekayəsini əks etdirən videoçarx yayımlandıqdan sonra start verib. O, daha sonra zərərçəkmiş şəxslərlə bir sıra müsahibələr təşkil edib.

Akopyanın təqdim etdiyi rəsmi statistikaya əsasən, 2025-ci il ərzində Ermənistanda ailədaxili və məişət zorakılığı qurbanlarına dəstək mərkəzlərinə 1 444 qadın müraciət edib, onlardan 79-u xüsusi sığınacaqlara yerləşdirilib.

Həmin dövrdə ölkədə məişət zorakılığı faktları üzrə 1 768 başlanıb. Məhkəmə icraatına göndərilmiş materiallara görə, məsuliyyətə cəlb edilən 388 təqsirləndirilən şəxsdən 261-i zərərçəkmiş qadının rəsmi həyat yoldaşı, 34-ü vətəndaşnikahı tərəfdaşı, qalanları isə ailənin digər üzvləri olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…