Əsas məzmuna keç

Paşinyan əsirlərlə bağlı məsələni Azərbaycanla sülh gündəliyinin tərkib hissəsi adlandırdı

Paşinyan əsirlərlə bağlı məsələni Azərbaycanla sülh gündəliyinin tərkib hissəsi adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün mövcudluğunun artıq şübhə doğurmadığını bildirib. O, həllini gözləyən humanitar məsələlər sırasında saxlanılan şəxslərin taleyini, itkin düşənlərin aqibətinin müəyyənləşdirilməsini və ərazilərin minalardan təmizlənməsini qeyd edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın Baş naziri Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edərək, və arasında əldə olunan sülhün artıq reallığa çevrildiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin — saxlanılan şəxslərin qaytarılması, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi kimi humanitar addımların mövcudluğunu diqqətə çatdırıb.

Hər iki cəmiyyətdə zaman-zaman mənfi ritorikanın müşahidə olunduğunu etiraf edən , bununla belə, formallaşan sülhün dayanıqlığının şübhə altına düşmədiyini vurğulayıb.

30 ildən artıq davam edən münaqişənin fəsadlarının aradan qaldırılmasının vaxt və ardıcıl səylər tələb etdiyini deyən Paşinyan bildirib: “Çoxlu sayda insan itkiləri və uzun illər davam edən düşmənçilikdən sonra dinc yanaşı yaşamağın mümkünsüzlüyünə dair formalaşmış yanaşmanı dəyişməyi bacardıq. Qazanılmış sülh həm Azərbaycan, həm də Ermənistan xalqlarının fundamental maraqlarına xidmət edir və regional əməkdaşlıq üçün tarixi zəmin yaradır”.

Nizamlanma prosesinin hüquqi əsaslarına toxunan Ermənistan rəhbəri 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinin bərpa edildiyini və keçmiş ittifaq respublikalarının inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanındığını xatırladıb. O, son iki ildən artıq müddətdə şərti sərhəddə itkilərin olmamasını sülhün ən mühüm göstəricisi kimi dəyərləndirib.

Baş nazir regional nəqliyyat-logistika dəhlizlərinin açılması prosesinə də toxunub. O, Azərbaycan Dəmir Yolları vasitəsilə Ermənistana aid yüklərin tranzitinin artıq bir ilə yaxındır ki, mümkün olduğunu bildirib.

Növbəti mərhələdə TRIPP layihəsinin icrasının nəzərdə tutulduğunu deyən Paşinyan, bu təşəbbüsün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə tam hörmət çərçivəsində reallaşacağını qeyd edib. Layihə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq logistika marşrutlarının, o cümlədən Fars körfəzi ilə Qara dənizi birləşdirən dəmir yolu xəttinin inteqrasiyasına, eləcə də MDB ölkələri üçün yeni tranzit imkanlarının yaranmasına xidmət edəcək.

Bundan əlavə, Ermənistan hökumətinin rəhbəri Ankara ilə aparılan dialoq çərçivəsində Ermənistan-Türkiyə sərhədinin və kommunikasiyalarının açılmasının da gözlənildiyini ifadə edib.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 8-9-da Türkmənbaşı şəhərində təşkil olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…