Əsas məzmuna keç

Paşinyan Tehrana yollandı

Paşinyan Tehrana yollandı

İranın ali lideri Əli Xameneinin vida və dəfn mərasimi bir neçə gün davam edəcək; Ermənistanın baş naziri Nikol Paşinyan mərasimdə iştirak etmək üçün İrana səfər edib.

en ru

Tehranda İranın ali lideri Ayətullah Əli Xameneinin mərasimi başlayıb. Bir neçə gün davam edəcək mərasimdə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, və İsrailin birgə zərbəsi nəticəsində həyatını itirdiyi bildirilən İranın ali lideri Əli Xameneinin cənazəsi bu gün səhər saatlarında Tehrana gətirilib və paytaxtda onunla vida mərasimi rəsmən start götürüb.

Məlumata görə, Ermənistanın Nikol da matəm tədbirlərində iştirak etmək üçün Tehrana səfər edib. Ümumilikdə, vida mərasimində 100-ə yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir.

Bildirilir ki, İran rəsmilərinin açıqlamasına əsasən, vida və mərasimi iyulun 4-dən 9-dək davam edəcək. Plana uyğun olaraq, iyulun 4-6-da Tehranda vida mərasimi və cənazə yürüşü keçiriləcək.

Məlumata əsasən, iyulun 7-də Qum şəhərində dəfn yürüşü təşkil olunacaq. İyulun 8-də mərhumun cənazəsinin şiə müsəlmanların ziyarəti üçün İraqa göndərilməsi, iyulun 9-da isə doğulduğu Məşhəd şəhərində dəfn olunması nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…