Əsas məzmuna keç

Paşinyan: "Kasıb qohum" statusu bitməlidir

Paşinyan: "Kasıb qohum" statusu bitməlidir

Nikol Paşinyan İrəvanın iqtisadi asılılığına son qoymağa çağırıb. Baş nazirin ölkənin suverenliyi və yeni inkişaf yolu barədə mühüm bəyanatının təfərrüatları:

en ru

İrəvan təsisçilərindən biri olduğu Sülh Şurasının fəaliyyətinə maliyyə töhfəsi verməyi planlaşdırır.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Nikol brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistanın Sülh Şurası çərçivəsində maliyyə öhdəlikləri yoxdur, iştirak könüllü xarakter daşıyır. Bununla yanaşı o, ölkənin Şuranın fəaliyyətinin maliyyələşdirilməsinə daha fəal cəlb olunmasının vacibliyini vurğulayıb.

"Heç bir maliyyə öhdəliyi yoxdur, könüllü şəkildə töhfə var. Düşünürəm ki, Ermənistan hər yerə gedib boynu bükük dayanan "kasıb " statusundan çıxmalıdır. Biz imkanlarımız daxilində töhfə verməliyik. Ermənistanın heç bir öhdəliyi yoxdur, amma hesab edirəm ki, biz iştirak etməliyik və edəcəyik", - bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…