Əsas məzmuna keç

Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi

Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi

Vaşinqton sammiti və TRIPP layihəsi Ermənistanın gələcəyini necə dəyişir? Nikol Paşinyanın Azərbaycanla sülh gündəliyi və regional perspektivlər haqqında şərhi.

en ru

Ermənistanın Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli sammitinin Ermənistanı dalandan çıxardığını və ölkə üçün faydalı perspektivlər açdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun , və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.

Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.

"8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır", - deyib.

Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi "Tramp Marşrutu" (TRIPP) layihəsini vurğulayıb. Onun sözlərinə görə, layihə ölkə və region iqtisadiyyatının əsas elementlərindən birinə çevriləcək.

"Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", - Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı əlavə edib ki, iki ölkə arasındakı münaqişə (Ermənistan-Azərbaycan- red.) səhifəsi bağlanıb və sülh vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…