Əsas məzmuna keç

Paşinyanla Tramp arasında telefon danışığı olub

Paşinyanla Tramp arasında telefon danışığı olub

Nikol Paşinyan və Donald Tramp arasında baş tutan danışıqda Vaşinqton Sülh Sammitinin nəticələri və TRIPP layihəsinin icrası kimi strateji məsələlər müzakirə edilib.

en ru

Ermənistanın Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, Ağ Evdə Sülh Sammitinin təşkil edilməsinə, eləcə də liderləri tərəfindən qəbul edilmiş Sülh Bəyannaməsinin şahid qismində imzalanmasına görə Prezident Trampa təşəkkür edərək, sülhün bərqərar edilməsində Trampın şəxsi səylərinin həlledici əhəmiyyətini vurğulayıb.

Həmsöhbətlər məmnuniyyətlə qeyd ediblər ki, Vaşinqton Sülh Sammiti Ermənistan və Azərbaycan arasında hər iki ölkə xalqının gördüyü və hiss etdiyi real sülhə gətirib çıxarıb. Telefon danışığı zamanı TRIPP layihəsinin icrasının cari vəziyyəti müzakirə olunub.

Paşinyan və Tramp yaxın gələcəkdə TRIPP-in tikintisi üzrə işlərə başlamaq əzmində olduqlarını təsdiqləyiblər. Həmçinin ikitərəfli Ermənistan-Amerika və gündəlikdəki digər məsələlər də müzakirə edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…