Əsas məzmuna keç

Paşinyan Əliyevə təşəkkür etdi

Paşinyan Əliyevə təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı ASB sammitində İlham Əliyev və Cevdet Yılmaza minnətdarlıq etdi. Sülh prosesi və regional əməkdaşlıq barədə mühüm qeydlər:

ru en

Ermənistanın Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitinin yekunlarına dair mətbuata bəyanatla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumət başçısı tədbirdə videobağlantı formatında iştirak etdiyinə görə Prezident İlham Əliyevə və sammitə qatılan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza xüsusi minnətdarlığını bildirib:

“Mən həmçinin onlayn formatda iştirakına görə Prezidentinə və sülh prosesləri və regional baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram. Bu, sülh prosesinin inkişafı və regional əməkdaşlıq kontekstində çox mühümdür”.

Paşinyan qeyd edib ki, aparılan müzakirələr qlobal çağırışlar fonunda səmimi dialoqun və praktik həllərin zəruriliyini bir daha təsdiqləyib.

O, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyinə toxunaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının əhəmiyyətini vurğulayıb:

“Davamlı sülh, münasibətlərin normallaşması və sərhədlərin açılması təkcə region üçün faydalı olmayacaq, həm də geniş Avropa məkanında və onun hüdudlarından kənarda əməkdaşlığı gücləndirəcək”.

Xatırladaq ki, İrəvanda keçirilən sayca 8-ci ASB sammitində Avropanın 50-yə yaxın lideri, o cümlədən NATO-nun Mark Rutte və Fransa Prezidenti Emmanuel Makron iştirak edib. isə tədbirə onlayn formatda qoşulub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…