Əsas məzmuna keç

Paşinyan İran ətrafındakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını topladı

Paşinyan İran ətrafındakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını topladı

Ermənistanın Baş naziri qonşu ölkədəki hərbi əməliyyatların regional təsirlərini müzakirə edib.

en ru

Ermənistanın Baş naziri İran ətrafında cərəyan edən hadisələri və hərbi əməliyyatların başlamasından sonrakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Toplantıda Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan mövcud durumla bağlı geniş məruzə ilə çıxış edib.

İclas zamanı iştirakçılar baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib, insan tələfatı ilə bağlı başsağlığı veriblər.

Eyni zamanda, regionda sülhün qısa zamanda bərpa olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrin yekununda aidiyyəti üzrə bir sıra tapşırıqlar verib.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının tərkibinə daxil olmasalar da, iclasda Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da iştirak ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…