Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"TRIPP layihəsinin təməli 2026-cı ildə qoyulacaq" - Paşinyan

2 dəq
Paylaş:
"TRIPP layihəsinin təməli 2026-cı ildə qoyulacaq" - Paşinyan

"TRIPP layihəsinin təməl işləri 2026-cı ildə başlayacaq".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın Nikol Paşinyan məlumat verib.

Bildirilib ki, Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramının təqdimatı zamanı TRIPP layihəsi ilə bağlı planlardan danışıb.

Baş nazirin sözlərinə görə, layihə çərçivəsində təməl işlərinə 2026-cı ilin əvvəlində başlanacağı gözlənilir.

“Əminəm ki, təməl işlərinə 2026-cı ilin əvvəlində başlayacağıq. Hesablamalarıma görə, elektrik xətləri daha tez işə düşəcək. Bu layihə həm də çoxsaylı iş yerləri yaradacaq”, – deyə o bildirib.

Paşinyan əlavə edib ki, Gümrü–Türkiyə sərhədi və Yerasx–Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulması 1–1,5 il ərzində həyata keçirilə bilər.

Məlumata görə, TRIPP (“Trampın Sülh və Rifaha Doğru Yolu”) və ABŞ-nin birgə investisiya layihəsi kimi nəzərdə tutulur və regionda infrastrukturunun inkişafını hədəfləyir. Layihə Gümrü–Qars dəmir yolu xəttinin bərpası və Ermənistan– nəqliyyat bağlantılarının açılmasını da əhatə edir.

Qeyd olunub ki, layihənin həyata keçirilməsi regionun şərq–qərb və şimal–cənub nəqliyyat dəhlizlərində mühüm rol oynaya bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax