Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır

Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır
27.07.2024 08:02
Aa
dəq

Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.

Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.

Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.

Daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Həftənin ən çox oxunanları

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular
DAVAMIN OXU davamın oxu

Raman Saley paralimpiya üçüncüsü oldu

Raman Saley paralimpiya üçüncüsü oldu
DAVAMIN OXU davamın oxu

İlham Zəkiyev bürünc medal qazandı!

İlham Zəkiyev bürünc medal qazandı!
DAVAMIN OXU davamın oxu

Paris-2024: Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

Paris-2024:  Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu