Operativ Məlumat Mərkəzi

Pakistanda kamikadze hücumu baş verib, 25 əsgər ölüb

1 dəq
Paylaş:
Pakistanda kamikadze hücumu baş verib, 25 əsgər ölüb
bu barədə Pakistan Ordusu məlumat yayıb. Qarşıdurmada 25 əsgər həyatını itirib, 27 silahlı isə zərərsizləşdirilib. Bombanın təsirindən bir binanın...

Pakistanın Hayber Paxtunxva əyalətində təhlükəsizlik məntəqəsinə bomba yüklü avtomobillə kamikadze hücumu həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.

Qarşıdurmada 25 əsgər həyatını itirib, 27 silahlı isə zərərsizləşdirilib. Bombanın təsirindən bir binanın çökməsi nəticəsində ölənlərin sayının artdığı, yaralananların olduğu bildirilir.

Digər tərəfdən, təhlükəsizlik qüvvələri Dera İsmayıl Xanın Darazinda və Kulaçi qəsəbələrində də silahlılara qarşı əməliyyat keçirib.

Darazinda başlayan qarşıdurmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki qarşıdurmada 2 əsgər həyatını itirib, 4 yaraqlı isə zərərsizləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər