Operativ Məlumat Mərkəzi

Pakistan və Çin arasında 5 milyard dollarlıq nüvə sazişi

1 dəq
Paylaş:
Pakistan və Çin arasında 5 milyard dollarlıq nüvə sazişi
İslamabadda 5-ci nüvə reaktorunun tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib. Mərasimdə iştirak edən Baş nazir Şahbaz Şərif bu sazişi iki ölkənin...

Pakistan və Çin "Çaşma Atom Elektrik Stansiya"sında dəyəri 4,8 milyard dollar olan 1200 meqavatlıq yeni enerji blokunun tikintisinə dair saziş imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Geo News"a istinadən xəbər verir ki, İslamabadda 5-ci nüvə reaktorunun tikintisi ilə bağlı imzalanma mərasimi keçirilib.

Mərasimdə iştirak edən Baş nazir Şahbaz Şərif bu sazişi iki ölkənin iqtisadi əməkdaşlığında irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib.

Pekinə maliyyə dəstəyinə görə təşəkkür edən Şərif Çin prezidenti Si Cinpinə dərin minnətdarlığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər