Pakistanın Baş naziri Şahbaz Şərif beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan İran və ABŞ münasibətləri ilə bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumət başçısı rəsmi Tehran və Vaşinqton arasında davam edən gərginliyin yaxın gələcəkdə səngiyəcəyinə ümid etdiyini bildirib.
Məlumata görə, Şahbaz Şərif tərəflərin növbəti 60 gün ərzində yekun razılaşma imzalaya biləcəyini ehtimal edib.
Onun sözlərinə görə, bu müddət regionda sabitliyin bərpası baxımından mühüm gözlənti kimi qiymətləndirilir.
Bildirilib ki, hazırda nə İran, nə də ABŞ rəsmiləri bu iddialarla bağlı rəsmi təsdiq və ya ətraflı şərh verməyiblər.