Əsas məzmuna keç

ABŞ-İran sülh danışıqları nə yerdədir? - Şahbaz Şərif Ciddədədir

ABŞ-İran sülh danışıqları nə yerdədir? - Şahbaz Şərif Ciddədədir

Məhəmməd bin Salman və Şahbaz Şərif Ciddədə Vaşinqton-Tehran sülh prosesini dəyərləndiriblər. İslamabadın vasitəçiliyi və Türkiyə səfərinin detalları məqalədə.

en ru

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Pakistanın Baş naziri Şahbaz Ciddədə regional və beynəlxalq məsələləri müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Səudiyyə Xəbər Agentliyi (SPA) məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər və İran arasında Pakistanda keçirilən son danışıqlara da toxunublar.

Səudiyyə Ərəbistanının vəliəhdi regionda sabitliyin bərpası üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin və Pakistan ordusunun komandanı general Asim Munirin danışıqlar prosesindəki rolunu yüksək qiymətləndirib.

Bildirilib ki, Şahbaz Şərif ABŞ-İran danışıqlarının ikinci raundu öncəsi , Qətər və Türkiyəyə dörd günlük səfər etməyi planlaşdırır.

Qeyd edək ki, Pakistan İran və ABŞ arasında vasitəçi kimi fəal rol oynayır. Aprelin 11-12-də tərəflər arasında danışıqlar İslamabadda Pakistanın vasitəçiliyi ilə keçirilib və bu görüşlərin yaxın vaxtlarda davam etdirilməsi istisna olunmur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…