Əsas məzmuna keç

Şahbaz Şərif Trampın Hörmüz boğazı qərarını alqışladı

Şahbaz Şərif Trampın Hörmüz boğazı qərarını alqışladı

Pakistanın baş naziri Hörmüz boğazında əməliyyatın dayandırılmasını sülh fürsəti adlandırdı. Səudiyyə Ərəbistanı ilə birgə atılan addımın mühüm detalları...

en ru

Şərif ABŞ Prezidenti Trampın boğazında “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması barədə qərarını müsbət qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pakistanın bu addımı regional sabitlik və diplomatik dialoqun güclənməsi baxımından mühüm fürsət adlandırıb.

Şərif bildirib ki, Trampın Pakistan və digər ölkələrin, xüsusilə də Səudiyyə Ərəbistanının müraciətlərinə verdiyi cavab “həssas dövrdə və barışıq üçün yeni imkanlar yaradır”.

O, Pakistanın mövqeyini də bir daha açıqlayaraq, ölkənin münaqişələrin yalnız dialoq və diplomatiya yolu ilə həllini dəstəklədiyini vurğulayıb.

“Biz ümid edirik ki, bu dinamika davamlı sülh və sabitliyə gətirib çıxaracaq”, – deyə Şərif qeyd edib.

Siyasi ekspertlər hesab edirlər ki, regionda artan gərginlik fonunda belə bəyanatlar diplomatik kanalların açıq saxlanması baxımından əhəmiyyət daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…