Əsas məzmuna keç

İran Prezidenti Pakistanda səfərdədir

İran Prezidenti Pakistanda səfərdədir

İran dövlət başçısının birgünlük Pakistan səfəri çərçivəsində iqtisadi əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

en ru

İran Prezidenti rəsmi səfərlə Pakistana yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfərin əsas məqsədi iki ölkə arasında yüksək səviyyəli məsləhətləşmələrin davam etdirilməsi və əvvəlki iqtisadi sazişlərin icra vəziyyətinin nəzərdən keçirilməsidir.

Məlumata görə, səfər çərçivəsində İran Prezidenti Pakistanın Şahbaz Şəriflə görüş keçirəcək. Görüşdə ikitərəfli , regional və siyasi dialoqun gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Bildirilib ki, İran Şahbaz Şərifə Tehran və Vaşinqton arasında aparılan vasitəçilik səylərinə görə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, tərəflər arasında keçiriləcək görüşlərdə dialoqun davam etdirilməsi və formatlarının genişləndirilməsi əsas prioritetlərdən biri olacaq.

Məlumata görə, gündəlikdə iki ölkə arasında yüksək səviyyəli məsləhətləşmələrin intensivləşdirilməsi, iqtisadi əməkdaşlıq üzrə əvvəlki razılaşmaların icra vəziyyətinin monitorinqi və regional sabitliyin gücləndirilməsi məsələləri yer alır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…