Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan İran və ABŞ arasında vasitəçiliyi artırıb

2 dəq
Paylaş:
Pakistan İran və ABŞ arasında vasitəçiliyi artırıb

İran və arasında dialoqun bərpası üçün diplomatik səylərini gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə " News" telekanalı Pakistanın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan tərəfi İran və ABŞ-ni yenidən danışıqlar masasına qaytarmaq məqsədilə fəal diplomatik təşəbbüslər həyata keçirir.

Rəsmi şəxs bildirib ki, həftəsonu aparılan danışıqlarda ciddi irəliləyiş olmasa da, tərəflər arasında əlaqələrin davam etdirilməsi ilə bağlı ehtiyatlı nikbinlik mövcuddur.

Qeyd olunub ki, İslamabad həm Vaşinqton, həm də Tehranla əlaqələri intensiv şəkildə davam etdirir və tərəfləri ən qısa zamanda dialoqu bərpa etməyə çağırır.

Məlumata əsasən, əsas məqsəd atəşkəs dövrü bitməmişdən əvvəl qarşılıqlı qəbul edilə bilən razılaşmaya nail olmaqdır.

Həmçinin bildirilir ki, danışıqların ikinci mərhələsinin mümkün qədər tez təşkil olunması üçün iş aparılır və bu diplomatik təşəbbüslər Pakistan Şərifin birbaşa göstərişi ilə həyata keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax