Əsas məzmuna keç

İspaniyanın İrandakı səfirliyi açıldı

İspaniyanın İrandakı səfirliyi açıldı

Tehranda diplomatik missiya fəaliyyətini bərpa etdi. Səfir Antonio Sançes-Benedito Qaspar geri döndü. Xose Manuel Albares təxliyədən sonrakı mühüm addımı açıqladı.

en ru

İspaniyanın Tehrandakı səfirliyi rəsmi olaraq öz fəaliyyətini bərpa edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib.

"Səfir Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - deyə diplomatik missiyadan qeyd ediblər. Xatırladaq ki, İspaniyanın naziri Manuel Albares hələ 9 aprel tarixində səfirliyin işini bərpa etmək niyyətini açıqlamışdı.

Bu qərar Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. Qeyd edək ki, İspaniya diplomatları məhz və İsrailin hərbi əməliyyatları başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…