Əsas məzmuna keç

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır: Yeni qaydalar

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır: Yeni qaydalar

Ədliyyə Nazirliyi tərəfindən tənzimlənən yeni qurum fəaliyyətə başlayır. Ekspertiza sahəsində hansı dəyişikliklər gözlənilir və lisenziya qaydaları necə olacaq?

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasının yaradılması və səlahiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunlara dəyişiklik təklif edilir.
  • Palata ekspertlərin məcburi üzvlüyü əsasında yaradılan, özünüidarəetmə prinsipi ilə işləyən qeyri-kommersiya hüquqi şəxsi olacaq.
  • Ekspert Reyestrə daxil ediləndən Palatanın üzvü olacaq; fəaliyyəti bitəndə üzvlüyü də bitəcək.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda Özəl Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Mülki , Vergi, Cinayət-Prosessual Məcəllələrinə, "Sosial sığorta haqqında", " haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası (bundan sonra - Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir:

- Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.

- Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.

- Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənir.

- Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.

Qanun layihəsinə əsasən, Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:

- Palata üzvlərinin üzvlük haqları;

- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;

- ianələr.

Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.

Sənəddə qeyd edilib ki, Palatanın aşağıdakı səlahiyyətləri vardır:

- özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;

- özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların

təlimini təşkil etmək;

- özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;

- dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;

- özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu Qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;

- məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

- digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.

Bildirilib ki, özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.

Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə də xitam veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…