Əsas məzmuna keç

Məhkəmələrdə tək hakim qərar verəcək, yeni qaydalar hazırlanır

Məhkəmələrdə tək hakim qərar verəcək, yeni qaydalar hazırlanır

Milli Məclis Mülki Prosessual Məcəlləyə dəyişiklikləri müzakirə edir: Məhkəmələrdə iş yükünün azaldılması üçün hansı şikayətlərə tək hakim baxacaq?

en ru

Azərbaycanda bəzi məhəkəmə işlərində təkbaşına qərar verə biləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Məcəlləyə dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, mövcud qanunvericiliyə görə, apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.

Layihəyə isə qeyd olunur ki, apellyasiya qaydasında işlərə sədrlik edənin (məruzəçi) və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin (məruzəçi), iki və ya daha çox hakimin iştirakı ilə baxılır. İşi mahiyyəti üzrə həll etməyən aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.

Bildirilib ki, hazırkı qanunvericiliyə görə apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır. Təklif edilən dəyişikliklər fonunda məhkəmələrdəki iş yükünün həddən artıq çoxluğunu nəzərə alıb işi mahiyyəti üzrə həll etməyən qərardadlara, həmçinin kiçik iddialara dair işlər üzrə qətnamələrə apelyasiya icraatında hakim tərəfindən təkbaşına baxılması, bir tərəfdən vaxta qənaət prinsipi ilə uzlaşaraq hakimlərin vaxtdan daha səmərəli istifadə etmələrinə imkan yaradır, digər tərəfdən məhkəmələrin təcili münasibət bildirilməsi lazım olan məsələləri daha çevik və operativ formada həll etməsinə şərait yaratmış olur.

Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat, Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat qaydasında baxılması təklif edilir. Əvvəlki abzasda qeyd etdiyimiz vaxta qənaət prinsipi, məhkəmələrin çevik və operativ fəaliyyəti bu dəyişikliklər üçün də keçərlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…