Özbəkistanda parlament seçkilərində hakim Liberal Demokrat Partiyası səslərin əksəriyyətini toplayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev məlumat yayıb.
Səsvermənin ilkin nəticələrinə görə, Özbəkistanın Liberal Demokrat Partiyası 34,75 faiz, "Milli Dirçəliş" Partiyası 18,82 faiz, "Ədalət Sosial Demokrat" Partiyası 16,2 faiz, "Xalq Demokratik" Partiyası isə 16 faiz səs toplayıb.
Nizamxocayev majoritar sistemlə verilən səslərin hesablanmasının nəticələrini də açıqlayıb. Əlavə edilmiş nəticələrə görə, Özbəkistan Liberal Demokrat Partiyası 42,7% səs və parlamentdə 64 yer qazanıb.