Ötən il 2520 nəfərə sosial xidmətlər göstərilib

Ötən il 2520 nəfərə sosial xidmətlər göstərilib
25.01.2024 11:27
Aa
dəq

2023-cü ildə Agentliyin müəssisələri üzrə 2520 nəfərə sosial xidmətlər göstərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib. 

Onlardan 2005 nəfəri stasionar, 515 nəfəri isə yarımstasionar xidmətlərlə əhatə olunub. Bu xidmətlərə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və digər müəssisələrimizdə göstərilən xidmətlər daxildir.

"Onu da deyim ki, ötən il ərzində müəssisələrimizin xidmətlərinə 720 nəfər cəlb edilib. 696 nəfər vətəndaşımızı isə ailəsinə və cəmiyyətə reinteqrasiya etmişik.

Stasionar, yəni müəssisədə sosial xidmət göstərdiyimiz ən yaşlı sakinimiz “Ahıllar evi”ndədir. O, Ənvər Əfəndiyevdir. Ahılımızın 98 yaşı var və ona da digər sakinlərimiz kimi müəssisəmizdə bütün lazımi xidmətlər göstərilir, dövlət qayğısı ilə əhatə olunur.

Ötən ilin martında 1 saylı 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər üçün sosial xidmət müəssisəsinin nəzdində Günərzi Qayğı Mərkəzi fəaliyyətə başlayıb. Ümumilikdə Agentliyin 3 Günərzi Qayğı Mərkəzi daimi əsaslarla fəaliyyət göstərir".

Həftənin ən çox oxunanları

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
DAVAMIN OXU davamın oxu

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu