Operativ Məlumat Mərkəzi

Ötən ay Qəzzada 14 jurnalist həlak olub

1 dəq
Paylaş:
Ötən ay Qəzzada 14 jurnalist həlak olub

Bu ilin yanvarında 14 jurnalist İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi Fələstin Jurnalistlər Birliyinin hesabatına istinadən məlumat yayıb.

Ötən ay ümumilikdə jurnalistlərə qarşı 135 qəsd qeydə alınıb. Eyni zamanda, 8 media işçisi yaşayış binalarının birbaşa atəşə tutulması nəticəsində, daha 4 nəfər isə redaksiya tapşırıqlarını yerinə yetirərkən həlak olub, hesabatda deyilir.

Hesabata əsasən, ümumilikdə oktyabrın 7-də münaqişə qızışmağa başlayandan bəri Qəzza zolağında 116 jurnalist həlak olub, bir neçəsinin isə taleyi naməlum qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər