"Napoli"nin baş məşqçisi Antonio Konte Viktor Osimhenin komandaya qayıtmayacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
“Heç bir oyunçu komandaya qaytarılmayacaq. Özünü layihədən kənarda tapanlar layihədən kənarda qalacaqlar. Biz seçimimizi etdik və eyni istiqamətdə birlikdə işləyirik”, deyə o bildirib.
25 yaşlı hücumçu yay transfer pəncərəsi zamanı klubunu dəyişməyə çalışsa da, heç bir komandaya keçidlə bağlı razılığa gələ bilməyib. Nəticədə "Napoli" nigeriyalını heyətdən kənarlaşdırıb.
Osimhen 2020-ci ildən neapolluların heyətində çıxış edir. O, komandanın heyətində 133 oyun keçirib, 76 qol vurub və 18 məhsuldar ötürmə edib.