Operativ Məlumat Mərkəzi

“Qarabağ”ın “Ayaks”a məğlubiyyətinin səbəbləri nələrdir? - AÇIQLAMA

3 dəq
Paylaş:
“Qarabağ”ın “Ayaks”a məğlubiyyətinin səbəbləri nələrdir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" "Ayaks"a 2:4 hesabla məğlub oldu.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında idman jurnalisti İlqar Tağıyev “Qarabağ”ın “Ayaks”a məğlubiyyəti ilə bağlı fikirlərini bölüşərək nəticənin ümumi rəy kimi “acı” kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, “Ayaks” hazırda zəif görünməsinə baxmayaraq, dünya futbolunda brend komanda olaraq qalır və heyəti gənc, istedadlı futbolçulardan formalaşır.

İdman jurnalistləri “od püskürdülər” – Bahalı sahənin kasıb yazarları....

İlqar Tağıyev Amsterdam klubunun yaxın gələcəkdə daha güclü komanda olacağını, mövsüm ərzində qeyri-sabit çıxış etsə də, adının hələ də çəkisini qoruduğunu vurğulayıb.

Jurnalist qarşılaşmada daha önəmli məqamlardan birinin “Ayaks”ın baş məşqçisinin “Qarabağ”ı dərindən analiz etməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, oyunun ilk dəqiqələrində qapıya ardıcıl uzaq məsafədən zərbələr endirilməsi bunun göstəricisidir. Tağıyev vurulan ilk iki qolda dayaq yarımmüdafiəçilərinin, xüsusilə də Yankoviçin mövqeyinin düzgün olmamasından doğan səhvlərin ön plana çıxdığını deyib.

Komandada fiziki davamlılıq probleminin bir neçə mövsümdür müşahidə olunduğunu, bunun “Napoli”, “Çelsi” və “Atletiko” ilə qarşılaşmalarda da özünü göstərdiyini xatırladıb.

"Azərbaycan Premyer Liqasının templə bağlı zəifliyi “Qarabağ”ı yüksək sürətli beynəlxalq oyunlara tam hazırlamır",- deyə jurnalist vurğulayıb.

O, eyni zamanda Qurban Qurbanovun bəzi taktiki qərarlarının və əvəzetmələrinin də suallar yaratdığını, bəzi hallarda daha məntiqli rotasiyanın daha yaxşı nəticə verə biləcəyini, xüsusilə Nərimanın erkən oyuna daxil edilməsinin doğru olmadığını, alternativ seçimlərin daha effektli ola biləcəyini qeyd edib.

Jurnalist əlavə edib ki, son oyunlarda komandanın sol cinah quruluşunda edilən dəyişikliklər də effektiv görünməyib. Onun fikrincə, Zubir və Elvin Cəfərquliyevin uzun müddətdir formalaşmış əməkdaşlığının pozulması hücum gücünü zəiflədir.

İlqar Tağıyev yekunda “Qarabağ”ın məğlubiyyətinin yalnız bir matçın nəticəsi deyil, həm taktiki, həm fiziki, həm də struktur səbəblərdən qaynaqlandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər