Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahzadə Uilyam və qızı Şarlottanın nadir fotosu yayımlandı

2 dəq
Paylaş:
Şahzadə Uilyam və qızı Şarlottanın nadir fotosu yayımlandı

Uels şahzadəsi Keyt Middlton, əri Şahzadə Uilyamın böyüyən qızları Şahzadə Şarlotta ilə birgə çəkilmiş nadir fotosunu rəsmi İnstaqram hesabında paylaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə kral ailəsinin rəsmi resurslarında məlumat verilib.

Məlumata görə, Keyt Middlton uşaqları ilə birlikdə Şahzadə Uilyamı həm 44-cü doğum günü, həm də iyun ayının üçüncü bazar günü qeyd olunan Atalar Günü münasibətilə təbrik edib. İkiqat bayram münasibətilə paylaşılan xüsusi şəkildə Şahzadə Uilyamın 11 qızı Şarlotta ilə anları əks olunub.

Şahzadə Keyt fotonun şərh bölməsinə uşaqlarının da adından istinad edərək, "Dünyanın ən yaxşı atasına ad günün mübarək və Atalar Günü. Səni çox sevirik", — deyə qeyd yazıb.

Bildirilib ki, "Page Six" nəşri və kral ailəsi ekspertləri fotonun iyunun 13-də keçirilən "Trooping the Colour" paradından dərhal sonra, Londonun sarayının bağçasında çəkildiyini təsdiqləyirlər. Şəkildə Şahzadə Uilyamın Uels Qvardiyasının rəsmi formasında, Şarlottanın isə tədbirdə geyindiyi ağ rəngli donlu libasda olduğu görünür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax