“Oppenheimer" filminin gəlirləri rekord həddə çatır

“Oppenheimer" filminin gəlirləri rekord həddə çatır
08.08.2023 12:13
Aa
dəq

Kristofer Nolanın "Oppenheimer" bioqrafik dramı İkinci Dünya müharibəsi mövzusunda çəkilən filmlər arasında ən çox gəlir gətirən ekran əsəri olub.

"Operativ Məlumat Mərkəzi-OMM" kinonews.ru saytına istinadla xəbər verir ki, "Oppenheimer" nümayişlərdən əldə olunan gəlirlərə görə, “Dunkerk” və hətta Stiven Spilberqin ən çox gəlirli “Sıravi Rayanı xilas etmək” filmlərini üstələyib.

“Oppenheimer”in dünya miqyasında kassa gəliri 559,2 milyon dollara çatıb və nümayişlərdən toplanan gəlirlər hazırda artmaqda davam edir.

Xatırladaq ki, məşhur “Sıravi Rayanı xilas etmək” filmi bir vaxtlar o dövrlər üçün 482 milyon dollar, təxminən iyirmi ildən sonra ekranlara çıxan “Dunkerk” isə 527 milyon dollar toplaya bilmişdi.

K.Nolanın "Oppenheimer" bioqrafik filmi eyni zamanda “Oskar” mükafatına namizəd ekran əsərləri sırasında yer alır.

Həftənin ən çox oxunanları

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur

Toyvo Klaarın sözçüsü: Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün imkanlar mövcuddur
DAVAMIN OXU davamın oxu

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur

XİN: Ermənistanın guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur
DAVAMIN OXU davamın oxu

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib

Məşhur aktrisa Saşa Monteneqro 78 yaşında vəfat edib
DAVAMIN OXU davamın oxu

"Bi-2" qrupunun üzvləri saxlanılıb

DAVAMIN OXU davamın oxu

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ səfiri Azərbaycana başsağlığı verib
DAVAMIN OXU davamın oxu