Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Onlar ordunun ölkəni müdafiə edə biləcəyinə inanmır

3 dəq
Paylaş:
Onlar ordunun ölkəni müdafiə edə biləcəyinə inanmır

Almaniyada keçirilən sorğu ölkə vətəndaşlarının ordunun qabiliyyətinə inamının zəif olduğunu göstərib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 70 faizi Silahlı Qüvvələrinin mümkün hücum zamanı qoruya biləcəyinə inanmır.

17 iyun-1 iyul tarixlərində "YouGov" tərəfindən 2 079 yetkinin iştirakı ilə keçirilən sorğuda iştirakçıların yalnız 21 faizi orduya etibar etdiyini bildirib.

Respondentlərin 8 faizi isə bu məsələ ilə bağlı fikir bildirməyib.

Sorğunun əhatə etdiyi ölkələr arasında orduya etimadın ən aşağı ölkənin Almaniya olduğu qeyd edilib.

Sorğuda iştirak edənlərin 40 faizi Almaniyanın müdafiə büdcəsini kifayət qədər hesab etməyib. Bununla belə, respondentlərin 77 faizi müdafiə xərclərinin artırılması məqsədilə vergilərin yüksəldilməsinə qarşı çıxıb. İştirakçıların 62 faizi dövlət xidmətlərində ixtisarların aparılmasını dəstəkləmədiyini, 59 faizi isə hökumətin əlavə borclanmasına qarşı olduğunu bildirib.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibədən sonra Almaniya müdafiə potensialını gücləndirmək istiqamətində addımlarını sürətləndirib. Berlin hökuməti müdafiə xərclərini ötən ilki 86 milyard avrodan 2029-cu ilədək 153 milyard avroya çatdırmağı planlaşdırır. Eyni zamanda, 2035-ci ilə qədər peşəkar hərbçilərin sayının 184 mindən 260 minə, ehtiyat qüvvələrin sayının isə 200 minə çatdırılması hədəflənir.

Bununla yanaşı, ekspertlər bu hədəflərə çatmağın asan olmayacağını bildirirlər. Almaniyada 2011-ci ildə dayandırılan məcburi hərbi xidmətin yenidən bərpası da müzakirə olunur. Xüsusilə gənclər arasında bu təşəbbüsə etirazlar davam edir. Bir çox gənc həyat bahalılığı və işsizlik kimi problemləri əsas gətirərək yenidən hərbi xidmətə cəlb olunmaq istəmədiyini bildirir.

Beləliklə, Almaniyada müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələr ehtiyacları ilə sosial və iqtisadi prioritetlər arasında balansın necə qorunacağı məsələsini yenidən gündəmə gətirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax