Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Həmin media orqanlarının siyahısı bu gün günün sonunda MSK-nın saytında yerləşdiriləcək.