Operativ Məlumat Mərkəzi

"O, yaşıl işıq verməyənə qədər heç nə baş verməyəcək”

2 dəq
Paylaş:
"O, yaşıl işıq verməyənə qədər heç nə baş verməyəcək”

"Ukraynada münaqişənin həlli ilə bağlı Qərb ölkələrinin planı yalnız ABŞ Prezidenti Donald Trampın “yaşıl işıq” verməsi halında həyata keçirilə bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksander Stubb deyib.

“Mənə elə gəlir ki, sənədin şərtlərini son nəticədə müəyyən edən şəxs Prezident Trampdır. O, yaşıl işıq verməyənə qədər heç nə baş verməyəcək”, – o qeyd edib.

Stubb əlavə edib ki, Avropa liderləri layihəni Afrika İttifaqı ilə sammitdə iştirak etmək üçün gəldikləri Anqolada keçiriləcək görüşdə müzakirə edəcəklər.

Onun sözlərinə görə, çərşənbə axşamı Kiyevi dəstəkləyən Qərbin bu mövzuda məsləhətləşmələr də keçirilə bilər.

Əvvəlki gün ABŞ və Ukrayna Vaşinqtonun 28 bənddən ibarət sülh planı ilə bağlı məsləhətləşmələr aparıb. ABŞ Dövlət katibi Marko Rubio keçirilən görüşü münaqişə dövrü ərzində “ən səmərəli” görüş adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər