Operativ Məlumat Mərkəzi

Nyu-Yorkun Tayms meydanında bir nəfər yandırıldı

1 dəq
Paylaş:
Nyu-Yorkun Tayms meydanında bir nəfər yandırıldı
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, hadisə bazar günü səhər saat 04:00 radələrində baş verib. Şahidlərin sözlərinə görə, alov içində...

ABŞ-nin Nyu-York şəhərindəki məşhur Tayms Meydanında naməlum şəxs bir nəfəri yandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə bazar günü səhər saat 04:00 radələrində baş verib.

Şahidlərin sözlərinə görə, alov içində olan şəxs təxminən 30 metr qaçıb.

Yaxınlıqdakı şəxs yanğınsöndürən cihazla müdaxilə edərək alovu söndürüb.

Polis hücumun təsadüfi və ya məqsədyönlü olub-olmadığını hələ müəyyən etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər