Operativ Məlumat Mərkəzi

Nyu-Yorkda parkinq binası uçub

1 dəq
Paylaş:
Nyu-Yorkda parkinq binası uçub
bunu Nyu-Yorkun meri Erik Adams bildirib. Adams vurğulayıb ki, binanın digər konstruksiyaları son dərəcə qeyri-sabitdir, ona görə də xilasedicilər...

Nyu-Yorkun Manhetten rayonunda parkinq binasının uçması nəticəsində azı bir nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Nyu-Yorkun meri Erik Adams bildirib.

Adams vurğulayıb ki, binanın digər konstruksiyaları son dərəcə qeyri-sabitdir, ona görə də xilasedicilər vəziyyəti qiymətləndirmək üçün xüsusi avadanlıqdan istifadə edirlər.

Hadisə nəticəsində həmçinin, bir neçə avtomobilə ciddi ziyan dəyib.

Şəhərin yanğınsöndürmə idarəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər xəstəxanalara aparılıb.

“Nyu-York Yanğından Mühafizə İdarəsi Manhettenin aşağı hissəsində parkinqin çökdüyü yerdə işləyir, insanlar dağıntılar altında ola bilər”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər