Əsas məzmuna keç

Çində tikilməkdə olan körpü uçub: Ölənlər var

Çində tikilməkdə olan körpü uçub: Ölənlər var

Çinin Szyansu əyalətində sürət qatarı xətti üçün inşa edilən körpünün bir hissəsinin aşması nəticəsində 5 işçi həyatını itirib.

en ru

Çinin Yançınq şəhərinin Şianqşui rayonunda inşası davam edən Yüegang körpüsünün 95 metrlik hissəsi uçub.

"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı körpünün çökən hissəsində çalışan 5 həlak olub.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Sözügedən infrastruktur obyekti dövlətə məxsus "China Railway 12th Bureau Group" şirkəti tərəfindən inşa edilirdi.

Bu Lianyungang ilə Şanxay şəhərləri arasında fəaliyyət göstərəcək xəttinin tərkib hissəsidir.

Son illərdə Çində sürətli dəmir yolu infrastrukturunun qurulması sahəsində böyük irəliləyişlər əldə edilsə də, tədbirlərindəki boşluqlar və ərazi etüdlərindəki çatışmazlıqlar səbəbindən bənzər iş qəzalarına tez-tez rast gəlinir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…