Əsas məzmuna keç

Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib

Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib....

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.

Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.

ki, qardaş Azərbaycan xalqı mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…