Əsas məzmuna keç

Numan Kurtulmuş Azərbaycana gəlir

Numan Kurtulmuş Azərbaycana gəlir

Türkiyə parlamentinin rəhbəri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin 20-ci Konfransında nələri müzakirə edəcək? Təfərrüatlar:

en ru

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Azərbaycana səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, o, İslam Təşkilatı Birliyinin 20-ci Konfransında iştirak edəcək.

Məlumatda bildirilir ki, Numan Kurtulmuş konfrans çərçivəsində çıxış edərək İslam ölkələri arasında siyasi, iqtisadi və parlamentlərarası əməkdaşlığın inkişafı, eləcə də müharibə və böhranlar nəticəsində məcburi köçkün düşmüş milyonlarla insan üçün həmrəyliyin gücləndirilməsi kimi mövzulara toxunacaq.

Səfər zamanı TBMM sədrinin iştirakçı ölkələrin parlament rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin 20-ci Konfransı İslam dünyasının qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi və aktual regional və qlobal məsələlərin müzakirəsi baxımından mühüm platforma hesab olunur.

Qeyd edək ki, konfrans iyunun 23-24-də Bakıda Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…