Operativ Məlumat Mərkəzi

Norveç Qəzzanın blokadaya alınmasına qarşı çıxdı

1 dəq
Paylaş:
Norveç Qəzzanın blokadaya alınmasına qarşı çıxdı
Norveçin “NRK” radiosuna danışan Huitfeldt bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin bunun üçün bütün üsullardan istifadə edə bilməz....

Norveçin xarici işlər naziri Anniken Huitfeldt İsrailin Qəzzanı mühasirəyə almasını pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Norveçin “NRK” radiosuna danışan Huitfeldt bildirib ki, İsrailin özünü müdafiə etmək hüququ var, lakin bunun üçün bütün üsullardan istifadə edə bilməz.

"Mən bu mühasirəni qınayıram, çünki siz bu qədər insandan Qəzzanı tərk etmələrini istəsəniz və onlarda nə yemək, nə də dərman yoxdursa, bunu pisləmək lazımdır” - Anniken Huitfeldt deyib.

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər