Əsas məzmuna keç

İsrail ordusu HƏMAS-ın 750 obyektini məhv edib

İsrail ordusu HƏMAS-ın 750 obyektini məhv edib

İsrailin Müdafiə Ordusunun qırıcıları oktyabrın 13-də gecə saatlarında qruplaşmasının tunellər, hərbi birləşmələr və postlar, hərbi mərkəzləri kimi istifadə edilən iqamətgahlar, silah anbarları, rabitə otaqları və hədəfə alınan yüksək vəzifəli şəxslər də daxil olmaqla 750 hərbi obyektinə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, İsrailin döyüş təyyarələri HƏMAS-ın çoxsaylı hərbi obyektlərini, o cümlədən hərbi, silahlı hücumlar üçün istifadə etdiyi çoxmərtəbəli binada 12 hərbi obyektini bombalayıb.

Məlumata əsasən, İsrail əsgərləri Qəzza şəhərindəki HƏMAS-ın hərbi komandanlıq mərkəzində minaatanlardan atəş açmaqda ixtisaslaşmış üç silahlını məhv edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…