Əsas məzmuna keç

Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb

Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb

Ermənistanın Baş naziri qonşu dövlətlərlə əlaqələrin tənzimlənməsini ölkənin xarici siyasətində balansın yaradılması üçün əsas şərt hesab edir.

en ru

Ermənistanın Nikol və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, bu prosesin uğurla başa çatması ölkənin xarici siyasətində balansın təmin olunmasına və yeni imkanların açılmasına şərait yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, Paşinyan hesabında qeyd edib ki, Türkiyə ilə əlaqələrin olmaması xarici siyasətdə asimmetriyaya səbəb olur. vurğulayıb ki, balansın bərpası üçün Ermənistanın yalnız qonşu dövlətlərlə deyil, beynəlxalq müstəvidə bütün ölkələrlə münasibət qurması zəruridir.

Paşinyan bu məsələni belə şərh edib: "Bu, şıltaqlıq məsələsi deyil, bizim Türkiyə, Azərbaycanla və bütövlükdə, bütün dövlətlərlə münasibətlər saxlamağımız zəruridir". O, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılacağına əminliyini ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…