Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib. Komanda oktyabrın 22-də start götürəcək yarış üçün paytaxta gələn ilk kollektiv olub.
Nikaraqua millisini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıblar. Komandanın gəlişi ilə turnir çərçivəsində təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.
Beynəlxalq turnir oktyabrın 22-dən 30-dək keçiriləcək. Yarışda 189 ölkənin iştirakı və minə yaxın oyunun təşkili nəzərdə tutulub.
Futbolçuları bir araya gətirəcək turnirin təşkili üçün bütün hazırlıq işlərinin tamamlandığı bildirilib.
Kontekst
Xatırladaq ki, oktyabrın 17-də Azərbaycanda FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işlərinin davam etdiyi bildirilmişdi. Turnir Bakıda oktyabrın 22-dən 30-dək keçiriləcək.