“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq.
Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda “Borussiya Dortmund”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Əlincə stadionunda saat 15:00-da başlayacaq.
Oyunun baş hakimi Gürcüstan təmsilçisi Giorgi Avazaşvili olacaq.
“Sabah” U-19 turnirin I turunda İngiltərədə “Mançester Yunayted”ə 5, II turda isə Bakıda Çexiyanın “Slaviya” komandasına 3 cavabsız qolla uduzub.