Əsas məzmuna keç

Nihad Məmmədovdan tarixi uğur: Adı Ginnesin kitabına yazıldı

Nihad Məmmədovdan tarixi uğur: Adı Ginnesin kitabına yazıldı

ASTF təmsilçisi 18.20 metr məsafə ilə dünya rekordunu yeniləyərək tarixə düşdü. Osman Gürcünü geridə qoyan idmançımızın rəsmi uğuru barədə ətraflı burada.

en ru

Azərbaycanın stolüstü tennisçisi Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Stolüstü Tennis Federasiyasından (ASTF) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #uğur#nihad
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…