Nigeriyada heyvandarlıq və əkinçiliklə məşğul olan fermerlər arasında zaman-zaman qarşıdurmaların yaşandığı Benue əyalətində silahlı hücumlarda 25 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Katsina-Ala rayonunun prezidenti Atera Alfred verdiyi açıqlamada bildirib.
Benue polis Sözçüsü Catherine Anene təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və araşdırma başlandığını qeyd edib.