Əsas məzmuna keç

Nigeriyada silahlı hücum: 9 fermer qətlə yetirilib

Nigeriyada silahlı hücum: 9 fermer qətlə yetirilib

Kaduna ştatında baş verən silahlı insident nəticəsində çox sayda insan yaralanıb.

en ru

Nigeriyanın Kaduna ştatının Qvari bölgəsində fermerlərə qarşı silahlı hücum alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xarici mətbuatın məlumata görə, silahlı dəstə üzvləri tarlada işləyən mülki şəxslərə hücum edərək 9 nəfərin ölümünə səbəb olublar. Hadisə nəticəsində çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, bölgə rəhbəri və eksperti İshaq Kasai hücumun yerli sabitliyə ciddi zərbə vurduğunu deyib.

Onun sözlərinə görə, dövlət orqanlarının silahlı qruplaşmalarla fermerlər arasında sülhün bərqərar olması üçün apardığı danışıqlar və əldə olunan müvəqqəti sabitlik bu hücumla pozulub.

Qeyd olunub ki, Nigeriyada uzun müddətdir “Boko Haram” və “ISWAP” kimi terror qruplaşmaları da daxil olmaqla silahlı dəstələrin hücumları davam edir. Bu vəziyyət ölkənin bir sıra bölgələrində təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…