Əsas məzmuna keç

Nigeriyanın Benue əyalətində 5 gündə törədilən hücumlarda 134 nəfər ölüb

Nigeriyanın Benue əyalətində 5 gündə törədilən hücumlarda 134 nəfər ölüb

Benue qubernatoru Samuel Ortom verdiyi açıqlamada, son 5 gündə əyalətin Otukpo, Apa və Quma bölgələrində naməlum silahlı şəxslərin hücumlar təşkil...

Nigeriyada heyvandarlıqla məşğul olan Fulanilərlə fermerlər arasında zaman zaman qarşıdurmaların yaşandığı əyalətində 5 gündə həyata keçirilən silahlı hücumlarda 134 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici istindən xəbər verir ki, Benue qubernatoru Ortom verdiyi açıqlamada, son 5 gündə əyalətin Otukpo, Apa və Quma bölgələrində naməlum silahlı şəxslərin hücumlar təşkil etdiyini bildirib.

Ortom hücumlarda ən azı 134 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını qeyd edib.

Hücumları "iyrənc və qorxaqcasına" adlandıran Ortom cəmiyyəti "qanunlara əməl etməyə davam etməyə və təcavüzkarları aradan qaldırmaq üçün hər zaman ayıq-sayıq olmağa" çağırıb.

Ortom Məhəmməd Buharini hücumlara son qoymaq üçün problemli bölgələrə daha çox qoşun göndərməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…