Operativ Məlumat Mərkəzi

Nigeriyada milli fövqəladə vəziyyət elan edilib

1 dəq
Paylaş:
Nigeriyada milli fövqəladə vəziyyət elan edilib
{"az":"bu barədə xarici KİV məlumat yayıb. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris açıqlamasında ölkədə baş verən vəba...","en":"","ru":""}

Nigeriyada 53 nəfərin ölümünə səbəb olan vəba epidemiyasına görə milli fövqəladə vəziyyət elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris açıqlamasında ölkədə baş verən vəba epidemiyasına görə risk qiymətləndirməsi etdiklərini bildirib. NCDC-nin epidemiyanın qarşısını almaq üçün işə başladığını deyən İdris, bölgələrdə səhiyyə müəssisələrinin yaradıldığını və lazımi yerlərə tibbi ləvazimatların daşındığını bildirib.

Xatırladaq ki, Nigeriya 31 əyalətində 1528 vəba hadisəsinin görüldüyünü və epidemiya səbəbiylə 53 nəfərin öldüyünü açıqlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər