Niderlandda Zoraya Ter Beekin psixi sağlamlıq problemləri səbəbiylə evtanaziya müraciəti qəbul edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Belə ki, 29 yaşlı qadının “dözülməz ruhi ağrılar” keçirməsi səbəbiylə qanunla “tibbi yardımlı ölüm” olaraq təyin olunan evtanaziyaya tezliklə məruz qalacaq.
Müraciət prosesinin yekunlaşması təxminən 3,5 il davam edən Ter Beekin "psixi sağlamlıq problemləri" səbəbiylə evtanaziya ediləcəyi xəbəri Avropada "yardımlı intihar" müzakirələrini yenidən alovlandırıb.
Psixoloji xəstəlik səbəbiylə müraciətinin qəbul edilməsi ilə bağlı yaranan müzakirələri anladığını bildirən Ter Beek, bu qanuni hüququn Hollandiyada 20 ildir həyata keçirildiyini və bundan bəhrələndiyini bildirib.
Niderlandda bir qadının evtanaziyasına icazə verilib
Oxşar xəbərlər
Eyni mövzuda
Avropa xəbərləri
Gənclərin psixi sağlamlıq böhranına sosial media səbəb olur
Avropa xəbərləri
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Avropa xəbərləri
Fransada norovirus şübhəsi - 1700-dən çox şəxs karantinə alındı
Avropa xəbərləri