Azərbaycanda reabilitasiya xidmətləri göstərən özəl mərkəzlərin xüsusi razılıq əsasında fəaliyyət göstərməsi və bu sahəyə müntəzəm nəzarət tətbiqi təklif olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sözügedən sənəd bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Məruzədə, həmçinin psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslərin fəaliyyəti də hədəfə alınıb. Belə ki, internet və sosial şəbəkələr vasitəsilə qanunsuz seans və məsləhət xidmətlərinin qarşısının alınması üçün xüsusi mexanizmlərin hazırlanması təklif edilir.