Əsas məzmuna keç

Hərbçilərin maaşı və rütbə ödənişləri artırılır - Yeni təklif

Hərbçilərin maaşı və rütbə ödənişləri artırılır - Yeni təklif

Ombudsman Milli Məclisə mühüm layihə təqdim etdi: Pul təminatı, kirayə kompensasiyası və uşaq müavinəti artırılır. Qiyabi təhsilə möhlət veriləcək? Detallar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda hərbçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə vəzifə və rütbəyə görə verilən ödənişlərin artırılması təklif edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb və Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Hərbçilərin maaşı və kirayə pulları artırılacaqmı?

Ombudsmanın irəli sürdüyü təklifə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) həm tutduqları vəzifəyə, həm də hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır.

Bundan əlavə, sənəddə real bazar vəziyyəti və mənzil kirayəsindəki qiymət artımı xüsusi qeyd olunub. Bu səbəbdən, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləğinin də artırılması zəruri hesab edilir.

Müharibə iştirakçılarının statusu və uşaq pulları

Məruzədə vurğulanıb ki, Birinci müharibəsindən Vətən müharibəsinədək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi vacibdir. Bura aşağıdakı hərbi əməliyyatlar daxildir:

  • 2016-cı ilin aprel döyüşləri;
  • 2020-ci ilin iyulunda Tovuz döyüşləri;
  • 2023-cü il antiterror əməliyyatı və digər hərbi toqquşmalar.

Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması təklif olunur.

Qiyabi təhsil alanlara hərbi möhlət təklifi

Bununla bərabər, təhsil sahəsində də dəyişiklik təklif edir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci maddəsində (Təhsili davam etdirmək üçün çağırışa verilməsi) müvafiq dəyişikliyin edilməsi gündəmə gətirilib.

Təklifə görə, təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də hərbi çağırışa möhlət verilməsi nəzərdə tutulur.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…